“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu fransalı futbolçunu yay transfer dövründə satışa çıxarmaq qərarına gəlib.
Kundeyə əsas maraq göstərən isə “Çelsi” hesab olunur. London təmsilçisinin bu transferi reallaşdırmaq üçün ciddi səylər göstərəcəyi bildirilir.
İngiltərənin digər klubları da vəziyyəti yaxından izləyir.
27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

