“Barselona”nın fikri dəyişdi - İcarəyə götürdükləri hücumçunu saxlamayacaqlar?

4 Aprel 22:00 İspaniya 760
“Barselona”nın fikri dəyişdi - İcarəyə götürdükləri hücumçunu saxlamayacaqlar?

“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordun gələcəyi sual altına düşüb.

Kataloniya təmsilçisi ingiltərəli vingeri mövsümün sonuna qədər icarəyə götürüb.

Klubun əvvəllər onu heyətdə saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyi gözlənilsə də, son vaxtlar vəziyyət dəyişib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi 28 yaşlı futbolçunun oyunundakı enişdən narahatdır və artıq transfer bazarında alternativ variantlar axtarmağa başlayıb.

Digər əsas problemlərdən biri isə onun yüksək maaşıdır.

Reşfordun özü Kataloniyada qalmaq istəsə də, böyük ehtimalla, mövsümün sonunda doğma klubu olan “Mançester Yunayted”ə qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?