Səudiyyə Ərəbistanı klubu heyətinə qatmaq istəyir - “Barsa”nın yarımmüdafiəçisini

00:20 İspaniya 74
Səudiyyə Ərəbistanı klubu heyətinə qatmaq istəyir - “Barsa”nın yarımmüdafiəçisini

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

İspaniyalı futbolçunu “Əl-Qadisiya” heyətinə qatmaq istəyir. Səudiyyə Ərəbistanı təmsilçisinin skautları son vaxtlar Olmonun oyunlarını yaxından izləyib.

27 yaşlı oyunçunun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. O, cari mövsümdə La Liqada 24 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida