“Barselona”nın “radar”ındadır - “Benfika”nın norveçli vingeri

1 Aprel 21:40 İspaniya 603
“Barselona”nın “radar”ındadır - “Benfika”nın norveçli vingeri

Lissabon “Benfika”sının vingeri Andreas Şeldrup “Barselona”ya keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 21 yaşlı futbolçunu hücumun sol cinahını gücləndirmək üçün əsas namizəd kimi nəzərdən keçirir.

“Benfika” rəhbərliyi norveçli oyunçu üçün təxminən 20 milyon avro təklif ediləcəyi halda transferə razı ola bilər.

Şeldrup cari mövsümdə Portuqaliya çempionatında 21 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?