Səudiyyə Ərəbistanı çempionatından təklifi var - Ayrılmaq istəyir

12:00 İspaniya 94
Səudiyyə Ərəbistanı çempionatından təklifi var - Ayrılmaq istəyir

“Atletiko”nun qapıçısı Yan Oblak klubundan ayrılmaq niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper karyerasını Yaxın Şərqdə davam etdirmək istəyir.

Onun Səudiyyə Ərəbistanı çempionatından təklif variantı var.

Oblak hazırda “Atletiko” rəhbərliyi ilə müqaviləsində yer alan 120 milyon avroluq sərbəstqalma məbləğinin azaldılması üçün danışıqlar aparır.

O, 2014-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Sloveniyalı futbolçu cari mövsümdə La Liqada 26 oyuna çıxıb və bu qarşılaşmalarda qapısından 25 top buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti