Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe Madrid klubuna qoşulmasa, karyerasının necə inkişaf edəcəyindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard bunu deyib:
“PSJ-dən ayrılmağa hazır olduğum yeganə klub “Real” idi.
Bu transfer baş tutmasaydı, karyeramın sonuna qədər Parisdə oynamağa davam edərdim. PSJ-də hələ də çoxlu komanda yoldaşlarım var”.
27 yaşlı futbolçu 2024-cü ilin yayında “Real”ın heyətinə qoşulub. Onun İspaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

