Baş məşqçiyə yeni müqaviləni elan edəcək - “Barselona”

10:00 İspaniya 100
Baş məşqçiyə yeni müqaviləni elan edəcək - “Barselona”

“Barselona”nın köhnə-yeni prezidenti Xuan Laporta komandanın baş məşqçisi Hans-Diter Flikin müqaviləsinin müddətinin mümkün uzadılması barədə danışıb.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti, yaxın zamanda Fliklə sözləşmənin müddətinin uzadılmasını elan edəcəklərini bildirib:

“Biz yaxın zamanda Fliklə müqavilənin müddətinin uzadılmasını elan edəcəyik. Hər zaman istəyirik ki, onun müqaviləsində əlavə bir il qalsın.

Deku (“Barselona”nın idman direktoru) bu sözləşmə üzrə danışıqlara cavabdeh olacaq, Rafa Yuste (“Barselona”nın direktorlar şurası) isə onu imzalayacaq.

Mən bütün prezidentlik dövrümdə Fliklə işləmək istərdim. Bu, sabitliyi göstərər və komandanın qələbə meylini əks etdirər. O, gənc və enerjili insandır, klubda və şəhərdə xoşbəxtdir”.

“Barselona” Fliklə müqavilənin müddətinin 2028-ci ilə qədər uzadılması barədə razılığa gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti