“Biz istəyərdik ki, o, qalsın, amma bu, öz qərarından asılı olacaq”

00:00 İspaniya 71
“Biz istəyərdik ki, o, qalsın, amma bu, öz qərarından asılı olacaq”

“Barselona”nın prezidenti Xuan Laporta, komandanın hücumçuları Robert Levandovski və Markus Reşfordun gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az RAC1-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri, Levandovskinin komandada qalmasını arzuladıqlarını bildirib:

“Biz istəyərdik ki, Levandovski qalsın, amma bu, onun öz qərarından asılı olacaq. O, çətin dövrdə gəldi və bizə çox kömək etdi. Onun komandada qalmasını arzulayırıq.

Reşford çox yaxşı çıxış edir, çoxlu qol vurub və məhsuldar ötürmələr verib.

Ümid edirəm ki, “Nyukasl”a qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçı, səfərdə keçirilən ilk oyun – 1:1) oynasa, növbəti mərhələyə keçməyimizə kömək edəcək.

Biz “Mançester Yunayted”lə danışıb, klub üçün çox bahalı olmayacaq bir razılaşma əldə etməyə çalışacağıq”.

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Nyukasl”la martın 18-də, öz meydanında qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti