“Barselona”nın hücumçusu Robert Levandovskinin müqaviləsinin müddəti başa çatmaq üzrədir.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı forvardın əsas prioriteti Kataloniya klubunda qalmaqdır.
Levandovski müqavilənin müddətinin uzadılması naminə maaşının azaldılmasına və hətta komandada ikinci dərəcəli rola razı olmağa hazırdır.
Bununla belə, agenti Pini Zahavi hələlik onun “Barselona”dakı gələcəyi ilə bağlı rəsmi danışıqlara başlamayıb.
37 yaşlı futbolçu “Barselona” forması ilə indiyədək 182 oyunda meydana çıxıb, 115 qol vurub və 23 məhsuldar ötürmə verib.

