“Atletiko” rəhbərliyi komandanın hücumçusu Xulian Alvaresi “Barselona”ya satmaq niyyətində deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Madrid təmsilçisi argentinalı forvardı əsas rəqiblərindən olan “Barselona”ya buraxmaq istəmir. Bununla belə, klub İngiltərə təmsilçilərindən gələcək təklifləri nəzərdən keçirə bilər.
Təkliflərin məbləği 100 milyon avronu keçərsə, “Atletiko” rəhbərliyi transfer məsələsini müzakirə edə bilər. Futbolçu ilə maraqlanan klublar arasında “Arsenal” və “Çelsi”nin adı hallanır.
26 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 42 oyunda iştirak edib, 16 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

