“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komandadakı oyun vaxtının az olmasından narazıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Fransalı futbolçu komandada daha vacib rol oynamaq və daha çox meydanda olmaq istəyir.
O, “kral klubu”nda “toxunulmaz oyunçular” sırasına daxil deyil. Buna görə də, yaxşı təklif daxil olacağı halda, “Real” rəhbərliyi onun transferinə razılıq verə bilər.
23 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 32 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

