Beş il rəhbər olacaq - Üçüncü dəfə klub prezidenti seçildi

18:20 İspaniya 73
Beş il rəhbər olacaq - Üçüncü dəfə klub prezidenti seçildi

“Barselona” klubunun prezidenti vəzifəsinə seçkilər keçirilib.

Sportinfo.az xəbər verir ki, bu yer uğrunda əvvəlki klub prezidenti Xuan Laporta və Viktor Font mübarizə aparıb.

Xuan Laporta rəqibini böyük fərqlə qabaqlayaraq yenidən “Barselona”nın prezidenti seçilib. O, səslərin 68.18 faizini toplayıb. Viktor Fonta isə 29,78 faiz səs verilib.

Beləliklə, Laporta daha 5 il kluba rəhbərlik edəcək.

Laporta daha əvvəl 2003–2010 və 2021–2026-cı illərdə Kataloniya klubunun prezidenti olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti