“Barselona”nın sabiq prezidenti Xuan Laporta 15 martda keçiriləcək prezident seçkilərində əsas rəqibi olan Viktor Fonta qarşı seçki komissiyasına şikayət ərizəsi ilə müraciət edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Fontun seçki günü klub üzvlərinə ona səs verməyə çağıran mesajlar göndərərək “sükut qaydası”nı pozduğunu bildirib.
Laporta 2021-ci ilin mart ayından bəri “Barselona”nın prezidenti idi.
Kataloniya komandası bu gün La Liqada “Sevilya”ya qarşı oynayacaq.

