“Barselona” onun üçün gələcək təkliflərə açıqdır

15 Mart 12:45 İspaniya 366
“Barselona” onun üçün gələcək təkliflərə açıqdır

“Barselona”nın müdafiəçisi Alexandro Balde yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar ispaniyalı futbolçu ilə bağlı təklifləri dinləməyə hazırdır.

Bildirilir ki, klubun idman direktoru Deku müdafiəçinin oyun keyfiyyətləri ilə bağlı tam əmin deyil.

22 yaşlı oyunçunu heyətinə qatmaq istəyən klublardan biri “Liverpul”dur. Mersisayd təmsilçisi yayda komandadan ayrılması gözlənilən Endryu Robertson üçün əvəzləyici axtarır.

Balde ilə həmçinin, “Mançester Yunayted” də maraqlanır. Ancaq hazırda onun transferi uğrunda yarışda “Liverpul” daha əlverişli mövqedə sayılır.

Balde cari mövsümdə bütün turnirlərdə 34 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!