“Barselona” portuqaliyalı ilə yaxından maraqlanır

22:00 İspaniya 99
“Barselona” portuqaliyalı ilə yaxından maraqlanır

“Barselona” hücum xəttini gücləndirmək üçün “Çelsi”nin vingeri Pedro Neto ilə maraqlanır.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların skautları portuqaliyalı futbolçunu müsbət qiymətləndirirlər.

Onun hər iki ayağı ilə oynaya bilməsi həm sağ, həm də sol cinahlarda uğurlu çıxış etməsinə imkan yaradır.

Danışıqlarda əsas rol Netonun agenti Jorje Mendeş tərəfindən oynana bilər. Mendeşin “Barselona” rəhbərliyi ilə möhkəm əlaqələri mövcuddur. Hazırda isə hələlik yalnız futbolçunun izlənməsi prosesi gedir.

Əsas çətinliklərdən biri 26 yaşlı futbolçunun qiyməti ola bilər. “Çelsi” 2024-cü ildə onun üçün 60 milyon avro ödəyib. O, cari mövsümdə 42 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti