Futbolu sakit şəkildə tərk etməyi lazım bildi - “Barselona”nın sabiq hücumçusu

14 Mart 01:30 İspaniya 375
Futbolu sakit şəkildə tərk etməyi lazım bildi - “Barselona”nın sabiq hücumçusu

“Barselona”nın sabiq futbolçusu Pako Alkaser karyerasını rəsmi açıqlama vermədən başa vurub.

32 yaşlı hücumçu futbolu sakit şəkildə tərk etməyi üstün tutub.

Alkaser son olaraq Birləşmiş Ərəb Əmirliklərində “Sarah” klubunun formasını geyinirdi.

Ancaq son dövrlərdə Yaxın Şərqdə futbol oynamağın təhlükəli olduğu (regionda baş verən gərginliklə bağlı) qeyd olunur və bu amilin də onun qərarına təsir etdiyi bildirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı forvardın karyerasını davam etdirməsi üçün müəyyən təkliflər olsa da, o, bu variantları nəzərdən keçirməyib və futbolçu karyerasına nöqtə qoyub.

Onun qərarı barədə ictimaiyyətə klubun mətbuat xidməti məlumat verib.

Alkaser vaxtilə “Barselona”nın heyətində ümumilikdə 50 oyuna çıxıb və bu matçlarda 15 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!