“Barselona” yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirməyi planlaşdırsa da, əsas hədəflərdən biri olan Xulian Alvaresin transferi çətin görünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko”nun şərəfini qoruyan hücumçunun Kataloniya klubuna keçidi yaxın gələcəkdə baş tutmayacaq.
“Atletiko” və “Barselona” arasındakı münasibətlər son dövrlərdə pisləşdiyindən, madridlilər argentinalı futbolçunu rəqibinə satmaq niyyətində deyil.
Bu gərginliyin səbəblərindən biri də Madrid klubunda idman direktoru postunu tutan Mateu Alemani ilə bağlıdır.
O, vaxtilə “Barselona”da çalışsa da, 2023-cü ildə klub prezidenti Xuan Laporta tərəfindən vəzifəsindən uzaqlaşdırılmış və yerinə Deku gətirilmişdi.
26 yaşlı hücumçunun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

