“Barselona”nın hücumçusu Lamin Yamal bu gün komandanın səhər məşqində iştirak etməyib.
Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ümumi halsızlıq səbəbindən məşqə qatılmayıb.
Bununla belə, Yamalın artıq sabah məşqlərə normal rejimdə qayıdacağı gözlənilir. Buna görə də, hazırda “Barselona” azarkeşləri üçün ciddi narahatlıq səbəbi yoxdur.
İspaniyalı futbolçu 2025/26 mövsümündə 37 oyunda meydana çıxıb, 20 qol vurub və 15 məhsuldar ötürmə verib.
“Barselona” növbəti matçını martın 15-də, öz meydanında La Liqa çərçivəsində “Sevilya” qarşı keçirəcək.
Kataloniya təmsilçisi hazırda turnir cədvəlinə başçılıq edir və 2-ci pillədə qərarlaşan “Real”ı 4 xal qabaqlayır.

