Oyuna ilk “11-lik”də başlayan ən gənc ispan oldu - Çempionlar Liqasında

10:20 İspaniya 94
Oyuna ilk “11-lik”də başlayan ən gənc ispan oldu - Çempionlar Liqasında

18 yaşlı Tyaqo Pitarç “Real”ln tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi buna “Mançester Siti”yə qalib gəldikləri Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

O, qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk “11-lik”də matça başlayan ən gənc ispan futbolçu edib.

Pitarç “Kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə “Yuventus”la görüşdə iştirak edib.

“Real” “Mançester Siti”ni üç cavabsız qolla üstələyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti