“Xoşbəxtlikdən onu baş məşqçi postundan göndərmək qərarı doğru idi”

21:40 İspaniya 132
“Xoşbəxtlikdən onu baş məşqçi postundan göndərmək qərarı doğru idi”

“Barselona”nın sabiq prezidenti Xuan Laporta, komandanın keçmiş baş məşqçisi Xavi Hernandes barədə açıqlama verib.

O, bildirib ki, 2024-cü ilin mayında Xavinin vəzifəsindən uzaqlaşdırılması və onun yerinə Hans-Diter Flikin təyin edilməsi klub üçün doğru qərar olub.

Almaniyalı mütəxəssis ilk mövsümündə “Barselona” ilə daxili arenada bütün üç titulu qazanıb və komandanı UEFA Çempionlar Liqasının yarımfinalına qədər aparıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun sabiq prezidenti bu qərarın nəticələrindən razı qaldığını gizlətməyib:

“Xoşbəxtlikdən, Xavini göndərmək qərarı doğru idi və klubun maraqlarına tam uyğun gəlirdi.

Flik demək olar ki, eyni heyətlə işləyərək bizi yenidən qələbələr yoluna qaytardı. Xavinin dövründə isə komanda bir sıra uğursuzluqlar yaşayırdı”.

Flikin “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti