Belçikalı sabiq futbolçu Eden Hazard “Real”ın hücumçusu Vinisius Junior haqda danışıb.
sPORTİNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bəzən braziliyalı futbolçuya yazığı gəldiyini deyib:
“Vinisius futbolu sevir, o, mənim kimi, sadəcə, meydana çıxıb əylənmək istəyir. Onun haqqında danışanda tez-tez oyunlarından daha çox ətrafındakı qalmaqalları düşünürük.
İnsanlar onun nə qədər müstəsna futbolçu olduğunu unudurlar. Bəzən ona yazığım gəlir.
O, matç zamanı nələrlə qarşılaşacağını, insanların onun haqqında nə dediyini bilir.
Cəza haqqında daim danışılır, amma real hərəkət yoxdur. Düşünürəm ki, bu, onun üçün çox stresslidir. 30 yaşında təqaüdə çıxsa, təəccüblənmərəm”.
Vinisiusun “Real “la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Eden Hazard 32 yaşında futbolçu karyerasını sonlandırıb.

