“Mənim üçün ən vacib şey yalnız start heyətində olmaqdır”

01:40 İspaniya 88
“Mənim üçün ən vacib şey yalnız start heyətində olmaqdır”

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Madrid klubundakı mövqeyi barədə fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər zaman baş məşqçinin fikirlərinə uyğunlaşdığını deyib:

“Mən həmişə baş məşqçinin və ya məşqçilər heyətinin fikirlərinə uyğunlaşmağa çalışıram. Bir çox mövqelərdə oynamışam, həmişə yarımmüdafiədə yox, amma həmişə töhfə verməyə və bütün gücümü sərf etməyə çalışıram.

Baş məşqçi mənim sərbəst oynamağımı, topa nəzarət etməyimi, cinah müdafiəçisi və ya cinah oyunçusu ilə əlaqə qurmağımı istəyir.

Bəzən daha sərbəst oynamalı, qol vurmalı, məhsuldar ötürmələr etməli oluram… Uyğunlaşmağa çalışıram. Mənim üçün ən vacib şey sadəcə start heyətində olmaqdır”.

“Real” bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Siti”ni qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti