“Real” yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin namizədləri siyahısında hazırda ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettino da var.
54 yaşlı mütəxəssis “kral klubu”nun qısa siyahısına daxil edilib.
Bildirilir ki, klub rəhbərliyi komandanın hazırkı çalışdırıcısı Alvaro Arbeloanı əvəzləmək üçün yeni məşqçi təyin etməyi planlaşdırır.
“Real” hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə qarşılaşacaq.

