“Barselona” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandtı heyətinə qatmaqda maraqlıdır.
Sportinfo.az “Sky Sport Germany”-ya istinadən xəbər verir ki, kataloniyalılar 29 yaşlı futbolçunu yayda azad agent kimi transfer etməyə cəhd edə bilər.
Almaniyalı futbolçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və o, Dortmund klubunu azad agent kimi tərk edəcək.
“Arsenal” onun uğrunda mübarizədə “Barselona”nın əsas rəqiblərindən biri hesab olunur.
Brandt 2019-cu ilin yayından etibarən “Borussiya”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 32 oyuna çıxaraq, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

