“Çoxlu şayiələr var idi, amma mənimlə əlaqə saxlamadılar”

00:10 İspaniya 74
“Çoxlu şayiələr var idi, amma mənimlə əlaqə saxlamadılar”

“Barselona”nın qapıçısı Xuan Qarsiya 2025-ci ilin yayında “Nyukasl”a keçmə ehtimalıyla bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, İngiltərə klubunun onunla əlaqə saxlamadığını deyib:

“Nyukasl” ötən yay mənimlə maraqlanırdımı? Qəzetlərdə çoxlu şayiələr var idi, amma “Nyukasl” mənimlə əlaqə saxlamadı.

Fürsət yarananda “Barselona”ya keçmək istədiyimi bilirdim”.

Qarsiya 2025-ci ilin iyul ayında 25 milyon avroya “Espanyol”dan “Barselona”ya keçib.

“Nyukasl” bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti