İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “İnter Mayami”nin hücumçusu Lionel Messinin 2023-cü ildə “Barselona”ya qayıtmasına əsas maneəni onun yaratması ilə bağlı iddialara cavab verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas, sadəcə qaydalara əməl etdiklərini bildirib:
“Həqiqət budur ki, heç kim Messinin vəziyyəti barədə məlumat istəməyib. Biz o vaxt Messinin nə qədər qazanacağını bilmək istəyirdik.
Çünki onun yüksək qiyməti klubun ədalətli oyun anlayışına uyğun olmadığı anlamına gəlirdi”.
Messi “İnter Mayami”yə 2023-cü ilin yayında, PSJ-dən azad agent kimi keçib.

