“İnter”in müdafiəçisi - İndi “Barselona”nın əsas hədəflərindən biri odur

8 Mart 20:25 İspaniya 159
“İnter”in müdafiəçisi - İndi “Barselona”nın əsas hədəflərindən biri odur

“İnter”in müdafiəçisi Alessandro Bastoninin adı yenidən “Barselona” ilə əlaqələndirilir.

Sportinfo.az İspaniya mediasına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Kataloniya təmsilçisinin transfer siyahısında prioritet hədəflərdən biri hesab olunur.

Klub rəhbərliyi Bastonini müdafiənin mərkəzində ideal gücləndirmə kimi görür.

“Barselona” italiyalı müdafiəçini çox bəyənir. Ancaq hazırda tərəflər arasında konkret danışıqlar aparılmır.

Transfer məsələsi yalnız iki halda aktuallaşa bilər: futbolçu klubdan ayrılmaq istədiyini bildirsə və ya, “İnter” rəhbərliyi onun satışına razılıq versə. Hazırda isə belə bir vəziyyət müşahidə olunmur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti