Arda Gülər Avropada ikinci yerdə - Qol pasına görə

10:40 İspaniya 86
Arda Gülər Avropada ikinci yerdə - Qol pasına görə

“Real”ın türkiyəli oyunçusu Arda Güler İspaniya La Liqasının 27-ci turunda “Selta” ilə oyunda (2:1) məhsuldar ötürmə müəllifi olub.

Sportinfo.az xəbər verir ki, o, görüşün 11-ci dəqiqəsində Aurelien Tchouameniyə assist edib.

Beləliklə, Arda bu mövsüm bütün turnirlərdə etdiyi assistlərin sayına görə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşə çatıb.

2025/26 mövsümündə Avropanın “TOP-5” çempionatlarının futbolçuları arasında bütün turnirlər üzrə ən çox assist edən oyunçular bunlardır:

1. Maykl Olise (“Bavariya”) - 23

2. Arda Güler - 15

3. Bruno Fernandeş - 15

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?