“Mançester Siti”nin hücumçusunun transferini nəzərdən keçirir - “Barselona”

22:05 İspaniya 109
“Mançester Siti”nin hücumçusunun transferini nəzərdən keçirir - “Barselona”

“Barselona” “Mançester Siti”nin hücumçusu Omar Marmuşu transfer hədəflərindən biri kimi nəzərdən keçirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların misirli futbolçuya marağının artması ilə bağlı xəbərlər həftənin əvvəlində yayılmağa başlayıb.

27 yaşlı forvard da bu varianta müsbət yanaşır və qarşıdakı yay transfer dövründə “Barselona”nın sıralarına qoşulmaqdan məmnun olar.

Marmuşla maraqlanan klublar arasında “Atletiko” da yer alır. Madrid təmsilçisi komandadan ayrılması gözlənilən Xulian Alvares üçün əvəzləyici axtarır.

Argentinalı hücumçu da “Barselona” üçün prioritet variantlardan biri hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti