“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrininin transferini 2026-cı il dünya çempionatı ərəfəsində nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 29 yaşlı futbolçunun təxmini transfer dəyərini 50 milyon avro qiymətləndirir.
Rodri “Mançester Siti”də 2019-cu ilin yayından bəri çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 22 oyunda iştirak edib və 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalına görə, ispaniyalı futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

