“Barselona” hələ də “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etməyə ümid edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvardın agenti bu yaxınlarda kataloniyalılarla danışıqlar barədə yayılan məlumatları təkzib etsə də, müzakirələr hələ də davam edir.
“Barselona” 26 yaşlı futbolçunun nümayəndələri ilə daim əlaqə saxlayır və mövsümün sonunda fürsət yaranarsa, onun transferini təmin etməyə çalışacaq.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Alvaresin dəyəri 100 milyon avrodur.

