"O vaxt vədlərini yerinə yetirməyibsə, indi də yetirməyəcək” – Prezidentliyə namizəd

21:40 İspaniya 97
"O vaxt vədlərini yerinə yetirməyibsə, indi də yetirməyəcək” – Prezidentliyə namizəd

“Barselona”nın prezidentliyinə namizəd Viktor Font, klubun sabiq rəhbəri Xuan Laportanı uzaqdan səsvermə seçimlərinin olmamasına görə tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Laportanın paralel reallıqda yaşadığını bildirib:

“Minlərlə üzv səs verə bilməyəcəklərindən şikayətlənir və biz 2021-ci il İspaniya referendumunda olduğu kimi, poçtla və ya onlayn səsverməyə niyə icazə verilmədiyini başa düşmürük, xüsusən də, görüşlər artıq bu şəkildə keçirildiyi üçün.

Laporta istəyir ki, “Barsa” bu baxımdan “Real” kimi olsun, seçkiləri gizli saxlamağa çalışsın və poçtla, onlayn səsvermə variantlarının olmamasını izah etməsin.

O, seçkilərsiz və iştiraksız Madrid modelinə üstünlük verir. Laporta paralel reallıqda yaşayır və mən səs vermək hüququ olan klub üzvlərini bunu iştirak edə bilməyənlər adından etməyə çağırıram ki,

“Barselona” barmaqlarımızın arasından sürüşməsin. Keçmiş prezident boş vədlər verməklə və heç bir təklif vermədən, debatları ləğv etməklə məşğuldur. O vaxt vədlərini yerinə yetirməyibsə, indi də yerinə yetirməyəcək.

İştirakçıların sayını minimuma endirmək üçün elektron poçt və onlayn səsvermə ləğv edilib və biz bunu bizə fayda verə biləcəyi üçün deyil, “Barsa”nın maraqları naminə istəyirik.

Şikayət? Biz bu cür proseslərə başlamamalıyıq, amma bilirik ki, üzvlərin əksəriyyəti işlərin fərqli şəkildə görülməsini istəyir”.

Kataloniya klubunda yeni prezident seçkiləri martın 15-də keçiriləcək və qalib rəsmi olaraq iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti