“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx “Real”ın maraq dairəsindədir.
Sportinfo.az “Touchline”-a istinadən xəbər verir ki, “Real”ın yarımmüdafiə xəttini gücləndirmək üçün əsas hədəfi PSJ-dən Vitinyadır.
Madridlilər portuqaliyalıNI transfer edə bilməsə, klub diqqətini Qravenberxə yönəldəcək. Niderlandlı Vitinyaya alternativ hesab edilir.
Qravenberx 2023-cü ildə “Bayern”dən “Liverpul”a 40 milyon avroya keçib. Onun klubla müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.
Yarımmüdafiəçi bu mövsüm “qırmızılar”ın heyətində bütün yarışlarda 33 oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” onun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

