Yay transfer dövrünün yaxınlaşması ilə “Real”da heyət dəyişikliklərinin baş verməsi gözlənilir.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, yeni mövsümdə komandadakı rolu azalan hücumçu Rodriqo klubdan ayrılan əsas namizədlərdən biri hesab olunur.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçunu hazırda “ən çox satıla bilən aktiv” kimi qiymətləndirir.
Oyunçu ilə İngiltərə Premyer Liqasından bir neçə klubun maraqlandığı bildirilir.
“Transfermarkt” portalının qiymətləndirməsinə görə, 25 yaşlı hücumçunun bazar dəyəri 60 milyon avrodur. Rodriqonun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
O, 2025/26 mövsümündə bütün turnirlərdə 26 oyuna çıxaraq, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

