"Prezident olmağımı bəyənmirlər - Klubu batırmaq istəyirdilər, boğazımızdan tutmuşdular”

01:40 İspaniya 85
"Prezident olmağımı bəyənmirlər - Klubu batırmaq istəyirdilər, boğazımızdan tutmuşdular”

“Barselona”nın sabiq prezidenti və yenidən bu posta namizəd olan Xuan Laporta “sosioloji madridizm” barədə sərt açıqlamalar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların sabiq rəhbəri bəzi qüvvələrin onun klub prezidenti olmasını istəmədiyini bildirib:

“Onlar mənim “Barselona”nın prezidenti olmağımı bəyənmirlər və məni ən çox motivasiya edən də məhz budur”.

Funksioner əlavə edib ki, “sosioloji madridizm” Kataloniya təmsilçisini çətin vəziyyətə salmağa çalışıb:

“Onlar “Barselona”nı batırmaq istəyirdilər, bizi boğazımızdan tutmuşdular. Xose Mariya Bartomeu (“Barselona”nın sabiq prezidenti) onlar üçün faydalı alət idi. Biz isə klubu xilas etdik”.

Laportanın bu sözləri İspaniya futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq
24 Fevral 02:20 “Allaha şükür edirəm"