İcarəyə götürdüyü müdafiəçinin qarşısına şərt qoydu - “Barselona”

00:00 İspaniya 90
İcarəyə götürdüyü müdafiəçinin qarşısına şərt qoydu - “Barselona”

“Barselona” qış transfer dövründə heyətini gücləndirmək məqsədilə portuqaliyalı müdafiəçi Joao Kanselonu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarəyə götürmüşdü.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı futbolçuya icarə müddəti başa çatdıqdan sonra yeni müqavilə imzalana biləcəyini bildirib.

Ancaq bunun üçün Kanselonun qarşısına konkret idman hədəfləri qoyulub. Həmin tələblərin yerinə yetirilməsi onun komandada uzunmüddətli qalmasına imkan yarada bilər.

Daha əvvəl də “Barselona”da çıxış etmiş 31 yaşlı müdafiəçi komandaya qayıtdıqdan sonra 6 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

“Barselona” hazırda La Liqada turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real”ı 1 xal qabaqlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq
24 Fevral 02:20 “Allaha şükür edirəm"