“Barselona”da icarə əsasında çıxış edən “Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo niyə Kataloniya klubuna geri qayıtmaq istədiyini izah edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu klubda ən yaxşı futbol atmosferini gördüyünü deyib:
“Barselona”nın paltardəyişmə otağında karyeram ərzində gördüyüm ən yaxşı atmosfer var. Qayıtmaq qərarına gəlməyimin səbəblərindən biri də budur.
Bura ilk dəfə gələndə, 2023-cü ildə də eyni idi. Futbol həmişə özünüzü sübut etmək üçün ikinci şans verir”.
“Barselona” portuqaliyalı futbolçunu bu mövsümün sonuna qədər icarəyə götürüb. Oyunçu daha əvvəl 2023/24 mövsümündə də Kataloniya klubunda çıxış edib.
“Barselona” fevralın 28-də evdə “Vilyarreal”la qarşılaşacaq.

