“Atletiko” 4 cavabsız qolla “Barselona”nı darmadağın etdi - VİDEO

15:20 İspaniya 71
“Atletiko” 4 cavabsız qolla “Barselona”nı darmadağın etdi - VİDEO

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə “Atletiko” “Barselona”nı qəbul edib.

Qarşılaşma Madriddəki “Sivitas Metropolitano” stadionunda keçirilib və Xuan Martines tərəfindən idarə olunub.

Oyunda “Atletiko” “Barselona”nı darmadağın edib - 4:0.

Ötən gecə isə “Real Sosyedad” səfərdə “Atletik”i üstələmişdi.

Cavab görüşləri çərçivəsində “Barselona” – “Atletiko” oyunu Bakı vaxtı ilə 4 mart saat 00:00-da başlayacaq. “Real Sosyedad” – “Atletik” matçı isə Bakı vaxtı ilə 5 mart saat 00:00-da start götürəcək.

"Atletiko" - "Barselona" 4:0
Qollar
: Qarsiya 6(avtoqol), Qrizmann 14, Lukman 33, Xulian Alvares 45+2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti