Avropanın aparıcı klubları artıq yay transfer pəncərəsi üçün planlar qurmağa başlayıb.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “Milan” “Barselona”nın müdafiəçisi Jerar Martinlə maraqlanır.
23 yaşlı futbolçu həm sol cinah, həm də mərkəz müdafiəçisi kimi çıxış edə bilir.
O, “Barselona”da yüksək qiymətləndirilsə də, klubun maliyyə vəziyyəti təxminən 30 milyon avroluq təklifi geri çevirməsinə tam zəmanət vermir.
İspaniyalı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 32 oyunda iştirak edib.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

