Robert Levandovski karyerasını “Barselona”da davam etdirmək niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvard gələcəyi ilə bağlı yekun qərarını martda klubda keçiriləcək prezident seçkilərindən sonra verəcək.
Bununla belə, onun əsas prioriteti Kataloniya klubunda qalmaqdır.
“Barselona”nın sabiq prezidenti Xuan Laporta ötən günlərdə tutduğu postdan istefa verib.
37 yaşlı futbolçu “Barselona” ilə əməkdaşlığı davam etdirmək üçün maaşının azaldılmasına da razıdır. Bildirilir ki, hazırkı mərhələdə onun üçün maliyyədən daha çox sabitlik önəmlidir.
Levandovski cari mövsümdə bütün turnirlərdə 28 oyunda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

