“Flamenqo”nun prezidenti Luiz Eduardo Baptista “Real”ın hücumçusu Vinisius Juniorun mümkün transferi ilə bağlı danışıb.
Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, Braziliya klubunun rəhbəri bu transferin mümkün olmadığını bildirib:
“Bu, bizim üçün seçim deyil. Ona istədiyi maaşı təklif edə bilmərik. Düşünürəm ki, Vinisius Avropada qalmaq istəyir”.
25 yaşlı forvard 2018-ci ilin yayından bəri “Real”da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.

