Növbət dəfə cəhd edəcək - Braziliyalını almaq üçün

15:40 İspaniya 177
Növbət dəfə cəhd edəcək - Braziliyalını almaq üçün

Sportinfo.az xəbər verir ki, “Atletiko” “Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourensonun transferi üçün növbəti cəhdini edəcək.

26 yaşlı futbolçunun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir və o, yüksək səviyyəli oyunçu kimi Avropanın bir neçə top-klubunun diqqətini çəkir.

“Atalanta” isə onu komandada saxlamaq istəyir və yalnız yüksək məbləğdə təklif gələrsə, buraxmağa hazırdır.

“Atletiko”nun braziliyalı üçün təklifi qış transfer pəncərəsində rədd edilmişdi, ancaq klub martda yeni danışıqlara başlamağı planlaşdırır.

Ederson cari mövsümdə 28 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan