“Barselona”nın hücumçusunun mümkün transferi haqda AÇIQLAMA

01:40 İspaniya 58
“Barselona”nın hücumçusunun mümkün transferi haqda AÇIQLAMA

ABŞ-ın “Çikaqo Fayr” klubunun baş məşqçisi Qreq Berhalter “Barselona”nın hücumçusu Robert Levandovskinin mümkün transferi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı çalışdırıcı Levandovskinin möhtəşəm futbolçu olduğunu bildirib:

“Levandovski ilə “Çikaqo Fayr” arasında aparılan danışıqları şərh etmək istəmirəm, amma onu deyə bilərəm ki, o, möhtəşəm futbolçudur.

Son 15 ildə Avropanın beş aparıcı liqasında Levandovskidən daha çox qol vuran heç bir oyunçu yoxdur. O, harada oynayırsa-oynasın, bunu bacarır.

Mən onun böyük pərəstişkarıyam. Uzun illərdir çıxışını izləyirəm və əminəm ki, futbolu və qolları sevən hər kəs Levandovskini də sevər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq