Arda Gülər sərt tənqidə məruz qaldı: “Bura Türkiyə çempionatı deyil”

10:20 İspaniya 167
Arda Gülər sərt tənqidə məruz qaldı: “Bura Türkiyə çempionatı deyil”

İspaniyanın “Carrusel Deportivo” nəşrinin futbol eksperti Rafa Alkorta “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında sərt fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, o, gənc yarımmüdafiəçinin oyun tempinə təsir göstərə bilmədiyini deyib.

“Bura Türkiyə çempionatı deyil. “Real”ın səviyyəsi tamam fərqlidir. Fiziki mübarizələrdə zəifdir, hazırda Madrid təmsilçisinin əsas heyəti üçün yetərli səviyyədə deyil”, - şərhçi bildirib.

Alkorta həmçinin qeyd edib ki, futbolçu istedadlıdır, lakin bu səviyyəyə uyğunlaşmaq üçün vaxta ehtiyacı var.

A.Gülər bu mövsüm “Real” forması ilə 35 oyuna çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti