“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniya La Liqasının “Valensiya” ilə səfər matçında hakimlərin qərarlarından ciddi şəkildə narazı qalıb.
Sportinfo.az xəbər verir ki, DAZN-ın kameralarına yaxalanan Mbappe matç zamanı hakimlərlə mübahisə edib. Fransalı hücumçu dördüncü hakimə bunu deyib:
“Orada necə oyundankənar vəziyyət ola bilər? Mənə izah lazımdır”.
Hakim isə belə cavab verib:
“Kamerada vəziyyət bir az gərgin görünür. Üzr istəyirəm, bunu içəridə müzakirə edəcəyik”.
Mbappe isə əlavə edib:
“Yaxşı, gəlin içəri gedək və mənə izah edin, çünki başa düşmürəm”.
Matçın fasiləsində Mbappe yenidən hakimi izahat verməyə çağırıb, ancaq dördüncü hakim onu görməzdən gəlib. Futbolçu belə etiraz edib:
“Siz dediz ki, içəridə müzakirə edəcəyik, mən buradayam və siz danışmırsız”.
Nəticədə, əsəbi olan Mbappe komanda yoldaşı Eduardo Kamavinqaya baxaraq, fransızca belə deyib:
“Klounlar!”
“Real” səfərdə “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib.

