Dünyanın məşhur klubunun prezidenti postunu tərk etdi

18:20 İspaniya 138
Dünyanın məşhur klubunun prezidenti postunu tərk etdi

“Barselona”nın prezidenti Xuan Laporta Hans-Diter Flikdən əvvəl komandaya rəhbərlik etmiş Ronald Kuman və Xavi Hernandesin işini yüksək qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Kuman ən çətin anda gəldi və mən ona çox minnətdaram. Xavi ümidi bərpa etdi və komandaya oyun tərzimizi yenidən kəşf etməyə kömək etdi.

Flik komandaya intizam, peşəkarlıq və qalibiyyət mentaliteti gətirdi”.

Kuman 2020-ci ilin avqustundan 2021-ci ilin oktyabrına qədər “Barselona”da çalışıb, daha sonra onu Xavi əvəz edib. İspaniyalı mütəxəssis komandanı 2023-cü ildə çempionluğa aparıb, lakin bir il sonra istefaya göndərilib.

Flik 2024/25 mövsümünün əvvəlindən Kataloniya komandasına rəhbərlik edir. Onun gəlişindən bəri komanda bütün daxili yarışlarda qalib gəlib.

“Barselona” bu mövsüm artıq İspaniya superkubokunu qazanıb.

Bu arada, “Barselona” yeni prezident seçkiləri ilə bağlı rəsmi kampaniyaya başlayıb. Seçki prosesi 9 fevral tarixindən etibarən start götürüb. Seçki isə 15 mart 2026-cı il tarixində keçiriləcək.

Seçki prosesi hazırkı prezident Laportanın və idarə heyətinin istefası ilə başlayıb. “Barselona” prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq klubun birinci vitse-prezidenti Rafa Yuste icra edəcək.

Laporta yenidən prezident vəzifəsinə namizəddir. İddiaçılar arasında Viktor Font, Mark Siria və Joan Kamprubi də var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti