Komanda yoldaşının satılmasından narazı qaldı - “Barselona”nın yarımmüdafiəçisi

29 Yanvar 01:30 İspaniya 450
Komanda yoldaşının satılmasından narazı qaldı - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Qavi komanda yoldaşı Dro Fernandeslə yolların ayrılmasından narazı qalıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona” ilə PSJ arasında transfer razılaşması rəsmiləşəndən sonra əsəbiləşib.

Qavi klub rəhbərliyinin gənc yarımmüdafiəçini komandada saxlamaq üçün kifayət qədər səy göstərmədiyini düşünür. Onun fikrincə, kataloniyalılar Fernandesin itirilməsinin qarşısını ala bilərdi.

18 yaşlı Fernandes yanvarın 26-da Paris klubuna transfer olunub. Keçidin məbləği 8 milyon avro təşkil edib. O, PSJ ilə müddəti 2030-cu ilin iyununun sonuna qədər olan müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti