“Real” heyətini gücləndirməklə bağlı planlarını formalaşdırır.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “kral klubu” yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır, ancaq bu keçid qış transfer pəncərəsinin son günlərində deyil, yayda reallaşacaq.
“Real”ın hazırda prioritet transfer hədəfi “Çelsi”nin 25 yaşlı futbolçusu Enzo Fernandesdir. Bununla belə, yekun qərar yay aylarında veriləcək və bu, birbaşa baş məşqçi məsələsindən asılı olacaq.
Hələlik məlum deyil ki, Alvaro Arbeloa “Real”ın “sükanı arxasında” qalacaq, yoxsa klub başqa bir mütəxəssis təyin edəcək.

