“Betis”in müdafiəçisi Natan Bernardo de Souza “Real”ın maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Sevilya təmsilçisi braziliyalı futbolçu üçün 40–50 milyon avro aralığında qiymət müəyyənləşdirib.
Natana təkcə “Real” yox, həmçinin, “Çelsi” və “Nyukasl” da ciddi maraq göstərir.
24 yaşlı müdafiəçinin “Betis”lə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
O, 2024-cü ildə “Napoli”dən 1 milyon avro qarşılığında icarə əsasında İspaniya klubuna keçib. Növbəti mövsüm isə Sevilya təmsilçisi onu 9 milyon avroya tam transfer edib.
Natan cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

