“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin yeni müqavilə imzalaması xəbərindən məyus olub.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
20 yaşlı futbolçu London təmsilçisi üçün yarımmüdafiəni gücləndirə biləcək ideal oyunçu variantı kimi dəyərləndirilirdi.
“Çelsi” rəhbərliyi hesab edirdi ki, Lopesə “Barselona” ilə müqayisədə daha sərfəli maliyyə şərtləri və daha çox oyun vaxtı təklif etmək mümkün idi.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” Fermin Lopeslə yeni müqavilənin şərtlərini şifahi şəkildə razılaşdırıb.
Yeni sözləşmənin müddəti 2031-ci ilin yayına qədər qüvvədə olacaq. İspaniyalı futbolçunun maaşı isə iki dəfə artırılacaq.
Rəsmi açıqlamanın yanvarın 28-də keçiriləcək UEFA Çempionlar Liqasının 8-ci turunun “Kopenhagen”lə oyunundan sonra verilməsi gözlənilir.
Lopes “Barselona”nın yetirməsidir. O, 13 yaşında “Betis” akademiyasından Kataloniya klubuna keçib.
Onun əvvəlki müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər idi. Hazırda “Barselona” La Liqada 52 xalla turnir cədvəlinə başçılıq edir.

